image-n1karobka_ads
image-123
image-17470482404874140842_1200x630backend

Ötən Həftə 1315,7 Hektar Ərazi Mina və Partlamamış Hərbi Sursatdan Təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mayın 5-dən 11-dək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.

ANAMA-dan Doğru.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında mina və partlamamış hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində intensiv işlər görülüb.

Hesabat dövründə 45 ədəd piyada əleyhinə mina, 32 ədəd tank əleyhinə mina və 274 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə isə 1315,7 hektar ərazi minalardan və digər təhlükəli sursatlardan tamamilə təmizlənib.

Minatəmizləmə prosesi işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsiz şəkildə məskunlaşması və infrastrukturun bərpası üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə işlər gələcək həftələrdə də ardıcıl şəkildə davam etdiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki