Özbəkistan lideri Şavkat Mirziyoyev Moskvaya işgüzar səfərə gələcək. O, mayın 8-9-da Rusiya paytaxtına səfər edəcək, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Səfər proqramına uyğun olaraq, ölkəmizin rəhbəri Qələbənin 80 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək”, – Özbəkistan prezidentinin saytında bildirilir.
Mirziyoyev Moskvaya işgüzar səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Mayın əvvəlində Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan lideri arasında telefon danışığı olub. Mirziyoyev Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçirilən yubiley tədbirlərində iştirakını təsdiqləyib.
DOĞRU.AZ