image-n1karobka_ads
image-123
image-vdnroazliywgkhi9zj4lwziez5aytxr21zxuybtr_1200backend

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib

Doğru.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC-a istinadla bildiririk ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaq fəxri qarovul dəstəsi ilə qarşılanıb. Səfər zamanı ona Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər müşayiət edir.

Səfər çərçivəsində Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək. Prezident Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə təşkil olunacaq növbəti sammitində də iştirak edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki