Daşkəndin Sergeli rayonundakı anbarlardan birində baş vermiş partlayış və yanğın nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb.
Bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Nazirlikdən verilən məlumata görə, xəsarət alan 24 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinə və onun Daşkənd vilayətindəki filialına və Daşkənddəki xəstəxanalara yerləşdirilib. Zərərçəkmiş qalan 138 sakinə ambulator tibbi yardım göstərilib və evlərinə aparılıb.
“Hadisə nəticəsində 2006-cı il təvəllüdlü bir yeniyetmə uşaq hadisə yerində ölüb və həyat əlaməti olmadan xəstəxanaya yerləşdirilib”, – deyə Səhiyyə Nazirliyindən bildirilib.
Mənbə: Haber Global