image-n1karobka_ads
image-123
image-img-20250930-wa0113backend

“Özgə uşağı olmur” festivalı təşkil olundu

image-ad_qayo_720x110px

“Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi “Azərbaycan Uşaqları” İctmai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına icra olunur və layihənin yekun tədbiri Naxçıvan Muxtar Respublikasında təşkil edildi.

Ordubad rayonu Mədəniyyət Mərkəzində keçirilən “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün Festivalının açılış mərasimində çıxış edən layihənin rəhbəri, AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara layihə çərçivəsində icra edilən fəaliyyətlər haqqında məlumat verdi. O, qeyd etdi ki, 4 ay müddətində Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, Naxçıvan Muxtar Respublikda ərazisində isə Naxçıvan Qızlar Liseynin müdavimləri və eləcə də, Ordubad şəhər tam orta internat məktəbinin qız şagirdləri arasında gənc qızların maarifləndirilməsi üçün motivasiya təlimləri və art terapiya kursların baş tutdu. Ötən müəddət ərzində onlarda özünəinam və fərdi inkişafı təmin etməklə yeniyetmə qızların həyatda uğur qazanmasında təhsilin vacibliyini göstərən modeli özündə əks etdirən “7 uğurlu gözəl” adlı qısa videoçarxlar hazırlandı.

Festival çərçivəsində layihəyə cəlb edilmiş benefisiarların əl işlərindən ibarət sərgi nümayiş etdirildi, qonaqlar “7 uğurlu gözəl” videoçarxlarını izlədilər. Eləcə də, istedadlı yeniyetmələrin mahnı və rəqsləri, şerləri səsləndirildi.

Tədbirdə Naxçıvan Muxtar Respublikasıda (NMR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələri, NMR Təhsil Nazirliyi, NMR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən şəxslər, ictimaiyyət nümayəndələri və d. iştirak edirdilər. Festivalda çıxış edən qonarlar və digər rəsmi şəxslər layihənin sosial vacibliyini və bu cür fəaliyyətlərin xüsusi ilə ölkəmizin regionlarında daha çox sayda təşkil olunmasını vurğuladılar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki