Pakistanın tanınmış beyin mərkəzlərindən biri olan Müsəlman İnstitutu minlərlə insanın iştirakı ilə möhtəşəm fləşmob təşkil edib.
Doğru.az xəbər verir ki, PTV-nin yaydığı məlumata görə, Darbar Sultan Bahuda baş tutan tədbir Hindistanla gərginlik fonunda Pakistan Hərbi Hava Qüvvələrinin şücaətinə həsr olunub.
Fləşmobun ən diqqətçəkən məqamlarından biri minlərlə insanın iştirakı ilə “J-10C” qırıcı təyyarəsinin formasının canlandırılması olub. Bu yaradıcı aksiya tədbirə toplaşanların böyük marağına səbəb olub.
Tədbirdə, həmçinin, Pakistanın ağır günlərində yanında olan dost və qardaş ölkələr – Azərbaycan, Çin, Türkiyə və Səudiyyə Ərəbistanına səmimi təşəkkür ifadə edilib.
DOĞRU.AZ