Pakistan Hindistana hava məkanını bağlamaq qərarına gəlib, Hindistan TV Pakistanın baş naziri Şahbaz Şərifin mətbuat xidmətinə istinadən xəbər verir.
Müvafiq qərar Pakistan Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Bundan əvvəl The New York Times yazıb ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmirin ittifaq ərazisində törədilən terror aktından sonra eskalasiya yeni silahlı qarşıdurma təhlükəsi yaradır.
Bu ərəfədə Hindistan Pakistanla sərhəddə yerləşən Attari keçid məntəqəsini bağladığını elan edib.
Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmirdə silahlı şəxslər turistlərə atəş açıb , 28 nəfəri öldürüb.
DOĞRU.AZ