Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tarar bildirib ki, Hindistan əsgərləri Kəşmirdə Nəzarət Xəttində Chora kompleksi də daxil olmaqla bir neçə bölgədə ağ bayraq qaldırıb.
Onun sözlərini Samaa.tv telekanalı sitat gətirir.
Hindistan bu məlumatı təsdiqləməyib.
Bundan əvvəl Hindistan Pakistanın vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən “macəraçı” hərəkətlərinə cavab verməyə hazır olduğunu bəyan edib.
Beynəlxalq politoloq, şərqşünas və RIAC eksperti Elena Suponina RT-yə müsahibəsində qeyd edib ki, Hindistan və Pakistan təhlükəli yol ayrıcındadır.
DOĞRU.AZ