image-n1karobka_ads
image-123
image-17518106475033260552_1200x630backend

Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib

İyulun 6-da Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki