image-n1karobka_ads
image-123
image-yilgysdtvx39cupu1mhy1w2jivydod3ab0atnbxt_1200backend

Pakistan parlamentinin sədri Zəfər parkını ziyarət etdi – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Bakıda yerləşən Zəfər parkını ziyarət edib.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonağın şərəfinə burada fəxri qarovul düzülüb və Sərdar Ayaz Sadiq Zəfər abidəsinin önünə əklil qoyub.

Qonaqlara məlumat verilib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın və qazanılan tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə yaradılan parkın ərazisi 10 hektara yaxındır. Parkın girişində hündürlüyü 44 metr olan Zəfər tağı ucaldılıb. Tağın eni 22 metr, sütunlarının sayı isə 44-dür.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

DOĞRU.AZ

image-pd22qstxoyl0y3oi0vdvlxgljxummnlse2eafhbj_640image-cmekd1tl3vvechyocbka49kklkj8d2lp6sarfs7q_640 image-yccky2gfkfjfex4jzdjjo75ouoenfko6thtg3ard_640 image-vfnyhho2wenpsf8bsffwrilflp0ubexb7ze74ydf_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki