image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210623-wa0041backend

Pakistanda partlayış: 2 ölü, 17 yaralı

image-728x90px

Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Yerli medianın verdiyi məlumata görə, şəhərin Johar Taun bölgəsində naməlum səbəbdən partlayış baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Bölgəyə çox sayda polis, təcili yardım və axtarış qurtarma qrupları göndərilib.

Digər tərəfdən, bəzi bölgə sakinləri, şəxsiyyəti hələ təyin olunmayan insanlar tərəfindən park edilmiş motosiklin bir müddət sonra partladığını bildirirlər.
Partlayışın səbəbi ilə bağlı araşdırmalar davam edir.

“DOĞRU.AZ”  Gültəkin MƏMMƏDOVA 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki