Pakistanın keçmiş daxili işlər naziri İmran Xan korrupsiyada şübhəli bilinərək milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, siyasətçinin həbsdə saxlanılması ölkədə iğtişaşlara səbəb ola bilər.
Qeyd edək ki, bundan əvvəl KİV-də “Əl-Qadir Trust” fondunun vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəmə iclasının keçirildiyi məhkəmə zalında İmran Xanın saxlanması barədə məlumat yayılıb. Xan ona qarşı açılan digər işlərlə bağlı girov yazmaq üçün məhkəməyə gəlib.
Xan xarici liderlərdən hədiyyələr almaqda və ondan 630 min dollara yaxın gəlir əldə etməkdə ittiham olunur.
Doğru.az

























