Pakistanın Lahor şəhərində Hindistanla gərginlik fonunda silsilə güclü partlayış səsləri eşidilib.
Bu barədə SAMAA telekanalı bildirib ki, polis hazırda partlayışın xarakteri və yerini müəyyənləşdirir.
Bildirilir ki, söhbət Hindistan pilotsuz uçan aparatının aradan qaldırılmasından gedə bilər.
Maliyyə Universitetinin Siyasi Elmlər Departamentinin professoru Aleksandr Şatilov əvvəllər Hindistan və Pakistan arasındakı münaqişənin mənşəyi haqqında danışıb.
DOĞRU.AZ