Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyada Azərbaycanın İctimai Televiziyasına (İTV) müsahibəsində ölkəsinin konstitusiyası ilə bağlı sualları cavablandırıb.
Doğru.az xəbər verir ki, Paşinyan Azərbaycan tərəfinin iradlarına münasibət bildirərək deyib:
“Hazırda yeni konstitusiya layihəmiz yoxdur. Lakin mövcud konstitusiyamızı təhlil etmişik. Azərbaycanın qaldırdığı məsələlərdən xəbərdarıq. Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən, hazırkı konstitusiyada qonşu dövlətlərə qarşı hər hansı ərazi iddiası mövcud deyil. Bu, hüquqi baxımdan təsdiq olunmuş faktdır.”
Lakin beynəlxalq hüquq mütəxəssisləri bu açıqlamanı ziddiyyətli hesab edirlər. Onların fikrincə, Ermənistanın qüvvədə olan konstitusiyasında “Qarabağ Ermənistanındır” yanaşmasını əks etdirən müddəalar açıq şəkildə yer almaqda davam edir.
Bu isə rəsmi İrəvanın sülh gündəminə sadiqliyinə dair suallar doğurur.
Daha ətraflı süjetdə: