Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə telefon danışığı və görüşü zamanı dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib.
Doğru.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb. Nəşrin yazdığına görə, Paşinyan həmçinin Rusiya və İran liderləri ilə əməkdaşlığın genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparıb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Çində ŞƏT sammiti çərçivəsində Putinlə danışarkən Ermənistan və Rusiyanı “qardaş” ölkələr adlandırmışdı.
DOĞRU.AZ