image-n1karobka_ads
image-123
image-6815fc30ae5ac905f361cc24backend

Patriarx Kirill Bakıya gəlib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın paytaxtı Bakıya səfərə gəlib.

Bu barədə Rus Pravoslav Kilsəsinin (ROC) saytı məlumat yayıb.

“2025-ci il mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Həzrətləri Kirill Bakıya gəlib”, – məlumatda deyilir.

Onu hava limanında Bakı və Azərbaycan yepiskopu Aleksi (Smirnov), Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev qarşıladıqları bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki