image-ads_n1karobka_mobile
image-rian_6517610-hr-ru-_1_-pic_32ratio_900x600-900x600-31467backend

Patruşev: NATO Rusiya sərhədləri yaxınlığında qüvvələr toplayır

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nun Rusiya sərhədlərində mövcudluğunu artırdığını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Rusiyanın Şimal-Qərbində vəziyyətə həsr olunmuş iclasda bildirib.

“Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi potensialının artırılması ilə bağlı əlavə təhdidlər formalaşır”, – Patruşev bildirib.

Onun sözlərinə görə, ən həssas olanlar Kalininqrad və Pskov vilayətlərinin və Kareliya Respublikasının sərhədyanı əraziləridir.

Mənbə: Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki