image-2000x150px
image-bez-nazvaniyabackend

Paytaxtın hansı küçələrində tıxac var? – SİYAHI

image-728x90px

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq olan yolları açıqlayıb.

NİİM-dən verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

9. Zərifə Əliyeva küçəsində;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

12. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

14. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ