image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220208_103237_394backend

Pekin-2022: təmsilçimiz növbəti mərhələdə

image-728x90px

Pekin-2022 Qış Olimpiya Oyunları davam edir.

Doğru.Az xəbər verir ki, Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev bu gün mübarizəyə başlayıb. 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb. Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda “24-lüy”ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki