image-ads_n1karobka_mobile
image-upload-ap19043540595240-pic_32ratio_900x600-900x600-4584backend

Pentaqon ABŞ-Meksika sərhədində əlavə 1,5 min döyüşçü yerləşdirəcək

ABŞ Müdafiə Nazirliyi Pentaqonun inzibati iş üçün Meksika ilə sərhəddə əlavə 1,5 min döyüşçü yerləşdirəcəyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Müdafiə naziri Lloyd Austin Daxili Təhlükəsizlik Departamentinin tələbi ilə cənub-qərb sərhədində Sərhəd Patrulunun səylərini dəstəkləmək üçün Pentaqonun şəxsi heyətinin müvəqqəti olaraq 1500 nəfər artırılmasını təsdiqləyib”, – Pentaqonun bəyanatında deyilir.

Departament vurğulayıb ki, 90 gün ərzində hərbçilər kritik sahələrdə, o cümlədən monitorinq və məlumatların daxil edilməsi, anbarların mühafizəsi ilə bağlı boşluqları dolduracaqlar.

Hərbçilərin hüquq-mühafizə orqanlarının fəaliyyətində iştirak etməyəcəyini vurğulayıblar.

Mənbə: RİA Novosti

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki