image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210420_161705_199backend

Perez: “Dünya futbolunu xilas edəcəyik”

image-728x90px
“Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir”.

Doğru.az xəbər verir ki, bu fikirləri “Real Madrid”in klubun prezidenti və Super Liqanın rəhbəri Florentino Perez deyib.

“Biz futbolu daha cəlbedici etməliyik, çünki artıq 24 yaşa qədər insanların 40 %-i futbolla maraqlanmır”, – Perez qeyd edib. “Bunun üçün bizə daha az oyun lazımdır, amma bu oyunlar top-komandalar arasında keçirilməlidir. Bunu futbolu xilas etmək üçün edirik, özümüz üçün yox”.

İlkin plana görə, Super Liqada 15 təsisçi klub, həmçinin mövsumdən mövsümə dəyişən 5 komanda iştirak edəcək. Mövsüm avqustda başlayacaq. Oyunlar həftənin ortalarında keçiriləcək, klublar ölkə çempionatlarında iştiraka davam edəcəklər.

“Hələlik Superl Liqada üç ölkə təmsil olunur. Mövsumdən mövsümə dəyişən komandalar üçün meyarları hələ bilmirik”, – Perez əlavə edib.

“Fransanın PSG komandasını və Almaniya klublarını hələ dəvət etməmişik. Hazırda liqada 12 komanda var, amma onların sayını 15-ə çatdırmaq istəyirik”, – o vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki