image-2000x150px
image-123
image-ads_atlas
image-perubackend

Perunun keçmiş prezidenti ABŞ-yə təslim oldu

image-728x90px

Vətənində korrupsiyada ittiham olunan Perunun keçmiş prezidenti Alexandro Toledo (2001-2006) ABŞ hakimiyyətinə təslim olub. İndi onu Peruya ekstradisiya gözləyir.

Bu barədə cümə günü ABŞ Marşal Xidməti məlumat verib.

Aprelin əvvəlində ABŞ Apellyasiya Məhkəməsi Toledonun həbsinə və onun Latın Amerikası ölkəsinin ərazisinə ekstradisiya proseduruna davam edilməsinə qərar verib. Keçmiş prezidentin işinə baxan hakim Tomas Hikson Toledonun zaminə buraxılmasını ləğv edib və ona cümə günü səhər saat 9-a qədər San-Fransisko (Kaliforniya) səlahiyyətlilərinə təslim olmasını əmr edib.

Son üç il ərzində siyasətçi girov müqabilində azadlıqda olub. O, Kaliforniyada yaşayıb.

Peruda eks dövlət başçısını 25 ilə qədər həbs gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki