image-2000x150px
image-123
image-ads_atlas
image-ria_3079639-pic_32ratio_900x600-900x600-14611backend

Peskov: Xarici şirkətlərin aktivlərinin Federal Əmlak İdarəetmə Agentliyinə verilməsi konkret hallardan asılıdır

image-728x90px

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib ki, xarici şirkətlərin aktivlərinin Federal Əmlak İdarəetmə Agentliyinin müvəqqəti idarəçiliyinə verilməsi barədə qərar konkret hallardan asılıdır.

“Bu, konkret situasiyalardan asılıdır. Hər bir konkret vəziyyət ayrıca nəzərdən keçirilir”, – Kreml sözçüsü müvafiq sualı cavablandırarkən deyib.

Aprelin 25-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması üçün cavab tədbirləri haqqında fərman imzalayıb. Fərman Federal Əmlakın İdarə Edilməsi Agentliyinin müvəqqəti idarəsinə verilən xarici aktivlərin siyahısını təsdiqləyib. Bura həmçinin Finlandiyanın Fortum konserninə məxsus Fortumun 98,23%-i, həmçinin Fortum Holding B.V.-yə məxsus səhmlərin 83,73%-i daxil idi.

Mənbə: TASS

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki