İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bəyan edib.
“İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən dörd əyalətin valisi yer alacaq”, – deyə sədr müavini bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektor nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.//Oxu.az