Polad Bülbüloğlu  Erməni  vandallığına  göz  yumur.backend

Polad Bülbüloğlu Erməni vandallığına göz yumur.

Son günlər mətbuatda Azərbaycan musiqisinin incilərindən sayılan dahi opera müğənnisi Bülbül haqqında xəbərlər dərc olunmaqdadır. Dərc olunan xəbərlərdə məqsəd əvəzolunmaz müğənnimizi bir daha yada salmaq deyil çünki, onsuzda musiqimizin unudulmaz insanı tarixin yaddaşında, xalqın ürəyində çoxdan öz şəxsiyyəti və sənəti ilə silinməz möhrünü vurubdur.

Bizdə Doğru.az olaraq, həqiqətlərə qarşı susa bilməzdik. Məşhur Azərbaycanlı opera müğənnisi Bülbülün Şuşadakı ev-muzeyi erməni vandalları tərəfindən dağıdılaraq viran edilməsi, evinin həyətində qoyulmuş heykəlini tanınmaz hala salınması, ev-muzeyində olan tarixi eksponatların talan edilməsi, evini odun anbarı kimi istifadə olunması Azərbaycan xalqının haqq səsini susmamağa vadar edir.
Əminik ki, tezliklə dahi sənətkarımızın ev-muzeyi, həyətində qoyulmuş heykəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən yenidən bərpa olunaraq, xalqın ixtiyarına veriləcək. Mən bu yazıma başqa bir aspektdən yanaşmaq istəyirəm. Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun ermənilərlə bağlı səsləndirdiyi özünəməxsus fikirləri Azərbaycan xalqı tərəfindən birmənalı qarşılanmayıb. Səfirimiz səsləndirdiyi fikirində bildirib ki, “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”.Görünür səfirimiz erməni vandallarının Azərbaycan xalqının başına gətirdikləri işgəncələri unudubdur. Hörmətli səfirimiz atasının Şuşadakı ev-muzeyinin və həyətdəki heykəlinin tanınmaz halda olmasını bir oğul kimi necə qəbul edirsə onun öz daxili xislətinə qalıbdır.Amma, Azərbaycan xalqı dahi müğənnisinə qarşı olunan vandalizimi qəbul etmir, etməyəcəkdə. Hörmətli, Polad müəllim siz bir müğənni oğlu kimi bundan savayı özünüz atanızın davamçısı kimi müğənniliyinizlə qəlblərə yol tapmışdınız. Amma, bu gun səfir kimi səsləndirdiyiniz o fikirlərlə xalqın gözündə ucaldığınız kimi enməyidə qazandınız. Unutmayaq ki, qılınc yarası sağalar amma, söz yarası sağalmaz. Düşünürəm ki, siz erməni ilə erməniçiliyi hələ də ayıra bilmisiniz. Çünki, olanları görüb nəzər etsəydiniz bilərdiniz ki, Siz tarixi yox tarix Sizi öz arxivinə atacaq gec-tez.

https://youtu.be/rP49aH8OUF0


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki