image-n1karobka_ads
image-123
image-1759215725102660461_1200x630backend

Polis əməkdaşları 29 cinayətkarı saxlayıb

image-ad_qayo_720x110px

Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olan 130 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.

Həmçinin ailə üzvlərinə xəbər vermədən yaşadığı ünvandan çıxıb getdiyi üçün itkin düşmüş kimi axtarılan 12 nəfər tapılaraq geri qaytarılıb. Dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki