Mayın 29-da ölkə ərazisində baş verən cinayət faktları ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Doğru.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən gün ərzində 44 yeni cinayət faktı qeydə alınıb və əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstü açılıb.
Eyni zamanda, müxtəlif səbəblərlə axtarışda olan ümumilikdə 96 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitələrlə əlaqəli 17 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
DOĞRU.AZ