image-2000x150px
image-123
image-ads_atlas
image-333907117_245580177814204_720063162371658279_nbackend

Polis Trampa qarşı mümkün ittihamlarla əlaqədar Konqresin müdafiəsini artıracaq

image-728x90px

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı mümkün ittihamlarla bağlı potensial iğtişaşlara qarşı Konqresin təhlükəsizliyi gücləndirilir.

Kapitoli polisinin rəhbərliyi həftə ərzində əlavə hüquq-mühafizə heyətini hazır vəziyyətdə saxlayacaq və Konqres boyu hasarlar quraşdıracaq.

Kapitol polisi məlumatı təsdiqləməkdən imtina edib: “Təəssüf ki, təhlükəsizlik səbəbi ilə biz heç bir potensial təhlükəsizlik planını müzakirə etmirik”.

Keçmiş prezident martın 18-də “Truth Social” sosial şəbəkəsi vasitəsilə müraciət edərək, Nyu-York şəhər prokurorluğunun çərşənbə axşamı onun həbsinə hazırlaşdığını bildirib və tərəfdarlarını etiraz etməyə çağırıb.

Mənbə: Axios

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki