image-ads_n1karobka_mobile
image-shutterstock_2273653671-pic_32ratio_1200x800-1200x800-61107backend

Polşa hava limanları üzərində naməlum dronlar peyda olmağa başladı

RMF radiostansiyası xəbər verir ki, naməlum pilotsuz uçuş aparatları Polşa aerodromlarında sərnişin təyyarələrinə təhlükəli dərəcədə yaxın görünməyə başlayıb.

İlk insident mayın 13-də Varşava Şopen hava limanında baş verib. Pilotsuz təyyarə LOT Polşa Hava Yollarına məxsus təyyarədən 30 metr məsafədə uçub.

Digər insident isə mayın 15-də baş verib. Laynerinin yanında olan PUA Hollandiyanın Eyndhoven şəhərindən uçan Wizz Air təyyarəsinin heyəti Katovitse hava limanına eniş zamanı diqqət çəkib.

Polşada dron və onun operatoru axtarırlar. Bütün təyyarələr təhlükəsiz yerə enib.

Mənbə: AA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki