Polşa prezidenti Karol Navroçki ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Doğru.az xəbər verir ki, dövlət başçıları Rusiyaya məxsus pilotsuz təyyarələrin Polşanın hava məkanını dəfələrlə pozması məsələsini müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Polşada sona çatdığı deyilən PUA-ların növləri barədə açıqlama verib. Rusiyanın müvəqqəti işlər vəkili isə həmin PUA-ların Polşaya Ukrayna tərəfdən uçduğunu bildirib.
CNN-in məlumatına görə, insident baş verən vaxt ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Polşaya səfər edirdi.
DOĞRU.AZ