image-n1karobka_ads
image-123
image-68137d22ae5ac958a564c648backend

Polşa prezidentliyinə namizədin köməkçisi meriyadan Ukrayna bayrağını yığışdırıb

RMF FM xəbər verir ki, Polşanın Biala Podlaska şəhərində prezidentliyə namizəd Qrzeqorz Braunun köməkçisi şəhər meriyasının qarşısından Ukrayna bayrağını yığışdırıb.

“Qrzeqorz Braunun Biala Podlaskada keçirilən mitinqində Ukrayna bayrağı şəhər meriyasının binasından götürülüb. Prezidentliyə namizəd bu hərəkətə görə məsuliyyəti üzərinə götürərək bayrağın ən yaxın Ukrayna konsulluğuna təhvil verildiyini elan edib”, – nəşr yazır.

Braun vurğulayıb ki, köməkçisi onun xahişi və aydın göstərişlər əsasında hərəkət edib.

İnternetdə yayılan videogörüntülərdə köməkçinin meriyanın eyvanına nərdivanla qalxaraq bayrağı tutacağından götürərək aşağı atdığı görünür.

Bundan əvvəl Litvanın Mazeykiai şəhərində naməlum şəxslər Ukrayna bayraqları olan dirəkləri yıxıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki