image-n1karobka_ads
image-123
image-1760733167_0_0_1820_1365_1280x0_80_0_0_c614c6510d8fbff28cb0ae5f819de133backend

Polşa təhlükəsizlik qüvvələri 5 miqrantı zorla Belarusa qovub

image-ad_qayo_720x110px

Polşa təhlükəsizlik qüvvələri Somalidən olan 5 miqrantı döyərək sərhəddən Belarus tərəfinə atıblar.

RİA Novosti bu barədə Belarus Dövlət Sərhəd Komitəsinə istinadən xəbər verir.

“Polşa təhlükəsizlik qüvvələri döyülmüş beş qaçqını Belarus ərazisinə atıb <…> Dünən, mayın 17-də Belarus sərhədçiləri Polşa ilə sərhəddə döyülmüş beş Somali vətəndaşını aşkar ediblər.

İdarənin məlumatına görə, Belarus hərbçiləri əcnəbi vətəndaşlara tibbi yardım göstərib, təcili yardım və istintaq qrupu çağırıblar.

Qeyd olunur ki, hadisə yerinə gələn həkimlər qaçqınların üzərində ətrafların zədələnməsini və sıyrıqlarını qeydə alıblar. Üç Somalili xəstəxanaya yerləşdirilib, qalanları araşdırma üçün müstəntiqlərə təhvil verilib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki