image-ads_n1karobka_mobile
image-68aea40602e8bd26c61d4f99backend

Polşa Ukraynadan üzr tələb edir: jurnalist prezidentə təhqir etdi

Ukraynalı fəal və jurnalist Vitali Mazurenkonun canlı yayımda Polşa prezidenti Karol Navroçkini təhqir etməsindən sonra Varşava Kiyevdən rəsmi üzr tələb edib.

Doğru.az xəbər verir ki, Polsat News məlumatına görə, Polşa xarici işlər nazirinin keçmiş müavini Pavel Yablonski bildirib: “Mazurenko ölkəmizdə göstərilən qonaqpərvərliyə görə təşəkkür etməli və vətəninə dəstək üçün cəbhəyə getməlidir”.

Eyni zamanda, Polşa liderinin müşaviri Blazej Poboży vurğulayıb ki, Mazurenkonun qalmaqallı çıxışı ukraynalılara Polşa vətəndaşlığının verilməsi qaydalarının sərtləşdirilməsi təşəbbüsünü əsaslı edib.

Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski də Ukraynanın diplomatik sahədə uduzduğunu qeyd etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki