image-n1karobka_ads
image-123
image-photo_99914backend

Premyer Liqa: Bu gün “Qarabağ” və “Kəpəz” üz-üzə gələcək

Misli Premyer Liqasının XXXV turu çərçivəsində bu gün ölkə çempionu “Qarabağ” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Doğru.az xəbər verir ki, “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Matçın ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi keçiriləcək.

Artıq 83 xalla qızıl medalları təmin edən “köhlən atlar”la yanaşı, 32 xalla səkkizinci pillədə qərarlaşan “Kəpəz” də Premyer Liqada qalmağı ötən turdan rəsmiləşdirib.

Günün ikinci oyunu isə saat 17:00-da “Neftçi Arena”da “Neftçi” və “Səbail” arasında baş tutacaq. “Ağ-qaralar” 40 xalla altıncı, “dənizçilər” isə 22 xalla sonuncu – onuncu yerdədir. Hər iki qarşılaşmanın nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyəcək.

Misli Premyer Liqası
IV dövrə, XXXV tur
18 may

17:00. “Neftçi” – “Səbail”
Stadion: Neftçi Arena
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Məmmədov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
19:00. “Qarabağ” – “Kəpəz”
Stadion: Azersun Arena
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” matçında isə heç-heçə qeydə alınıb – 1:1.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki