image-n1karobka_ads
image-123
image-f0013ab874-premyer-liqa-xxxii-tura-bir-oyunla-start-verilibbackend

Premyer Liqada XXXIII tura start verilib

Futbol üzrə Misli Premyer Liqasında XXXIII tura start verilib.

Doğru.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qola 48-ci dəqiqədə Salifu Suma imza atıb.

Bu nəticədən sonra Bakı təmsilçisi 67 xalla 2-ci, Tovuz klubu isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 3-4-də keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki