Xocavənd rayonunun Xanoba kəndində yaşayan balaca Ayazın arzusu reallığa çevrilib.
Doğru.az “Teleqraf”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da səmimi söhbət edib. Görüş zamanı balaca Ayaz ölkə başçısından “KamAZ” markalı yük avtomobili istəyib.
Qısa müddət sonra Ayazın arzusu yerinə yetirilib. Onun yaşadığı ünvana “KamAZ” markalı yük avtomobili göndərilib və balaca Ayazın sevinci gerçəyə çevrilib.
DOĞRU.AZ



























