image-2000x150px
image-123
image-ads_atlas
image-president_iclas_150720_19-1backend

Prezident: “Biz bölgəni erməni faşizmindən azad etmişik”

image-728x90px

Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb. “XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə, ki o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq bizim canımıza bax bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il 7 iyul ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Onun da adını cəllad Stepan Şaumyanın adına verdilər. Stepanakert adlandırdılar, – deyə Prezident İlham Əliyev qeyd edib .

Bununla bağlı söhbəti davam etdirən dövlətimizin başçısı deyib: “Ondan sonra da zərbələr oldu. 40-cı, 50-ci illərdə Ermənistan ərazisindən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 80-ci illərin sonlarında erməni separatizmin baş qaldırılması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi, əksinə, separatistləri təhrik edirdilər. Onların havadarları bizə meydan oxuyurdular”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki