Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Yusifov Mahmud Şahmurad oğlu – tibb xidməti polkovniki
“Vətən uğrunda” medalı ilə:
Abbasov Rəşad Vaqif oğlu – polis polkovniki
Aslanov Çingiz Rauf oğlu – polis polkovniki
Həmzəyev Pərviz Mahmud oğlu – polis polkovniki
Qurbanov Elmir Vaqif oğlu – polis polkovniki
Məmmədov Emin Mobil oğlu – polis polkovniki
Nəsirov Zaur Zakir oğlu – polis polkovniki
Sarıyev Bəkir Qəhrəman oğlu – polis polkovniki
Abbasov Zaur Nürəddin oğlu – polis polkovnik-leytenantı
Camalov Vüqar Yahya oğlu – polis polkovnik-leytenantı
Əlizadə Cavidan Gülağa oğlu – polis polkovnik-leytenantı
Kərimov Rəhman Cəbrayıl oğlu – polis polkovnik-leytenantı
Qasımov Ceyhun Həsən oğlu – polis polkovnik-leytenantı
Qasımov Nəvai Becan oğlu – polis polkovnik-leytenantı
Quliyev Elşən Şahlar oğlu – polis polkovnik-leytenantı
Səlimov Murad Rəfayıl oğlu – polis polkovnik-leytenantı
Cəfərov Məhiyəddin Bulud oğlu – polis mayoru
Əliyev Səttar Nizami oğlu – polis kapitanı
Məmmədov Şakir Fərman oğlu – polis baş leytenantı