“Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Azad edilmiş torpaqlarda böyük əkin sahələri vardır.
Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev kənd Təsərrüfatı Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verdib ki, vaxt itirmədən keçən il və bu il müəyyən dərəcədə payızlıq əkini aparılsın. Düzdür, bunun üçün biz, ilk növbədə, o əraziləri minalardan təmizləməliyik və artıq müəyyən dərəcədə işlər görülüb.
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Kəlbəcər, Laçın rayonlarında çox böyük örüş sahələri, otlaq sahələri vardır.
Azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdı. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var. Məsələn, keçən il biz pambıqçılıqda rekord göstəriciyə nail olduq. Xüsusilə nəzərə alsaq ki, 4-5 il bundan əvvəl dövlət pambıqçılıqla ciddi məşğul olmağa başlayanda hektardan məhsuldarlıq təqribən 14-15 sentner idi. Biz yavaş-yavaş məhsuldarlığı 33,5 sentnerə çatdırdıq.
Deyə bilərəm ki, sovet dövründə xüsusilə pambıqçılığın sürətlə inkişaf etdiyi 1970 və 1980-ci illərin əvvəllərində 2, yaxud 3 il cəmi 30 sentnerdən çox məhsul götürülmüşdür. Amma bu da son hədd deyil. Çünki mən pambıqçılıqla məşğul olan rayonların siyahısına baxdım. Orada bir neçə rayonda məhsuldarlıq çox aşağıdır və əkin sahələri də çox kiçikdir. Ona görə siz yenidən baxın, misal üçün, indi Samux rayonunda, Cəlilabad rayonunda, bəzi başqa rayonlarda əkin sahələri heç 1000 hektar da deyil, bəlkə orada, ümumiyyətlə, pambıqçılıq inkişaf etməməlidir, məhsuldarlıq da çox aşağı səviyyədədir.
Biz o torpaqları başqa kənd təsərrüfatı sahəsinə çevirə bilərik”, – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev