image-n1karobka_ads
image-123
image-17688394696027845230_1200x630backend

Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems”in vitse-prezidenti ilə görüşüb – FOTO

image-add-a-heading

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.

Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

DOĞRU.AZ

image-17688394691491032797_1200x630 image-17688394695130518221_1200x630 image-17688394693676948968_1200x630 image-17688394693436642908_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki