Bir neçə gündür mətbuatda Lerikdə “Azərişıq” ASC ilə bağlı problemlərdən danışılır.
Mən, Lerik sakini olaraq bunları deyə bilərəm. Əvvəllər kəndlərdə işıqlar oktyabr ayından sönər, bəzən mart-aprel aylarına qədər işıq olmazdı. Gecələr də insanlar gündəlik işlərini çətinliklə görə bilər, uşaqlar dərs oxuya bilməz, həyatın çətinliyi ilə üz-üzə qalardı.
Amma bu gün Lerik tamamilə fərqlidir.
Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını gücləndirməsi, dövlətimizin dayanıqlı inkişaf strategiyası sayəsində artıq rayon sakinləri belə işıqsız qalmırlar. Bu sadəcə texniki dəyişiklik deyil, insanların həyatına rahatlıq gətirən, kənd həyatını daha yaşanılır edən böyük bir uğurdur.
“Azərişıq” əməkdaşlarının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Onlar gecə-gündüz çalışır, kəndlərimizdə işığı təmin edir, hər evə, ailəyə işıq çatdırırlar. Onların əməyini sözlə ifadə etmək çətindir, amma bu xidmət insanlara ümid, həyatlarına işıq verir.
Mən, İlqam Cəbiyev, sayt rəhbəri olaraq bu inkişafı öz gözlərimlə görmüşəm və həm sakinlər, həm də “Azərişıq” işçiləri adına təşəkkürümü çatdırıram.
Lerik artıq işıqsız qalmır və biz bu günə, bu rahatlığa şükür edirik.
Bu uğur həm dövlətin gücünü, həm də xalqın rifahını göstərir. Hər bir işıq yananda biz bilirik ki, ölkəmiz inkişaf edir, həyatımız daha asan və rahatdır. Lerikdəki bu dəyişiklik kiçik bir hadisə deyil, bu, kənd həyatında inqilabdır!
Müəllif: İlqam Cəbiyev
Vəzifə: Doğru.az və Doğru TV-nin rəhbəri




























