“Washington Post” xəbər verir ki, prokurorluq zorlama işində Kataloniya “Barselona”sının və Braziliya milli komandasının keçmiş futbolçusu Dani Alveşə 9 il həbs cəzası istəyib.
Prokurorluq həmçinin 150 min avro məbləğində təzminat tələb edir.
Bundan əvvəl bir qadın polisə müraciət edərək 2022-ci il dekabrın 30-da Alvesin Barselonadakı gecə klublarından birində ona təcavüz etdiyini bildirmişdi. Futbolçu cəzadan yayınmaq üçün İspaniyanı tərk edəcəyindən qorxduğu üçün nəzarətə götürülüb.
10 fevral 2023-cü ildə Dani Alves iddia edilən qurbanla cinsi əlaqədə olduğunu etiraf etdi, lakin bunun razılıq əsasında olduğunu vurğulayıb.
Mənbə: NTV Spor