image-2000x150px
image-123
image-ads_atlas
image-photo_107098backend

Prokurorluq orqanlarında yeni təyinatlar olub

image-728x90px

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin olunub. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki