image-n1karobka_ads
image-123
image-img-20250617-wa0684backend

PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim etdi – FOTO/VİDEO

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) bir illik yaradıcılıq fasiləsindən sonra “Saniyələrin səsi” adlı yeni trekini təqdim edib.

Doğru.az xəbər verir ki, söz və musiqisi sənətçinin özünə məxsus olan bu bəstə elə onun doğum günündə dinləyicilərin ixtiyarına verilib.

İfaçı bildirib ki, bu trek həm özü, həm də onu sevənlər üçün xüsusi bir hədiyyədir. Bu gün 39 yaşını qeyd edən PRoMete qarşıdakı müddətdə 40-a yaxın yeni mahnı təqdim etməyi planlaşdırır.

“Bağışlayın ki, davamiyyəti pozmuşdum. Amma artıq bu bir müddət tam əksinə olacaq. Təxminən 9-10 gündən bir yeni trek buraxacağam. Əgər arada böyük fasilə hiss etsəniz, bilin ki, bu, arxasınca birdən-birə bir neçə yeni işin gələcəyinə işarədir”, – deyə sənətçi açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Saniyələrin səsi” adlı yeni trek artıq PRoMetenin rəsmi YouTube kanalında və digər bütün musiqi platformalarında yayımlanıb.

DOĞRU.AZ

image-img-20250617-wa0685 image-img-20250617-wa0686

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki