Rusiya prezidenti Vladimir Putin dəmir yolu nəqliyyatı işçilərini və veteranlarını peşə bayramları münasibətilə təbrik edib.
Müvafiq video təbrik Kremlin saytında dərc olunub.
“Rusiya inkişaf edir, irəliləyir və burada mühüm rol dəmir yolu nəqliyyatına aiddir – fəhlələr, mühəndislər, yol işçiləri, nəqliyyat inşaatçıları, yük və sərnişin daşıma şirkətlərinin mütəxəssisləri”, – prezident qeyd edib.
Eyni zamanda əlavə edib ki, yeni qlobal bazarların açılması, daxili turizmin inkişafı və müəssisələrin dayanıqlı fəaliyyəti də dəmiryolçuların xidmətidir.
Avqustun 2-də Putin Hərbi Hava Qüvvələrinin şəxsi heyətini və veteranlarını Hava Desant Qüvvələri Günü münasibətilə təbrik edib.
İyulun 28-də Rusiya lideri rusları Hərbi Dəniz Günü münasibətilə təbrik edib.
Mənbə RİA Novosti