image-n1karobka_ads
image-123
image-6824f67dae5ac975d25bded2backend

Putin İstanbulda danışıqlar üçün Rusiya nümayəndə heyətini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

“Rusiya prezidenti “Ukrayna ilə danışıqlarda Rusiya Federasiyasının nümayəndə heyətinin tərkibi haqqında” sərəncam imzalayıb”, – deyə Kreml məlumat yayıb.

Nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Putin həmçinin Ukrayna ilə danışıqlar üçün ekspertlər qrupunu təsdiqləyib.

Bundan əvvəl Kreml Rusiya tərəfinin mayın 15-də İstanbulda Ukrayna nümayəndələrini gözləyəcəyini xatırladıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki