image-n1karobka_ads
image-123
image-696a14f602e8bd2bcc66005fbackend

Putin Pezeşkyanla danışdı

image-add-a-heading

Cümə günü, 16 yanvarda Rusiya Prezidenti Vladimir Putin İranlı həmkarı Məsud Pezeşkyanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, söhbətin nəticələri çox tezliklə açıqlanacaq.

Doğru.az xəbər verir ki, Peskov Yaxın Şərqdə vəziyyətin hələ də çox gərgin olduğunu vurğulayaraq, Putinin vəziyyəti azaltmaq üçün səylərini davam etdirdiyini əlavə edib.

Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Putinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə də Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini bildirmişdi.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki