RİA Novosti xəbər verir ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Kremldə danışıqlara başlayıblar.
Doğru.az xəbər verir ki, Lukaşenko Putinlə Belarusda ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı planları müzakirə edəcəyini bildirib. O, həmçinin Amerika tərəfinin mesajlarını Putinə çatdıracağına söz verib.
Xatırladaq ki, bundan bir gün əvvəl Lukaşenko iki günlük işgüzar səfərlə Moskvaya gəlib və sentyabrın 25-də Moskvada keçirilən Qlobal Atom Forumunda iştirak edib.
DOĞRU.AZ