Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Donald Trampın sentyabrda Pekində görüşünün mümkünlüyünü istisna etməyib.
Doğru.az xəbər verir ki, Peskov bildirib ki, Rusiya Prezidenti Pekinə səfərə hazırlaşır, lakin hələ Trampın oraya gedib-getməyəcəyi məlum deyil.
Peskov əlavə edib ki, Tramp səfər etsə, görüşün keçirilməsinin məqsədəuyğunluğu müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl Putin və Tramp arasında razılaşmaların rəsmiləşdirilməsi üçün görüşün vacibliyi vurğulanmışdı.
DOĞRU.AZ