image-ads_n1karobka_mobile
image-687d0be202e8bd3b605f396fbackend

Qahirə Qəzzada tezliklə atəşkəsə ümid edir

Misirin xarici işlər naziri Bədr Əbdül Ati Qahirənin Qəzza zolağında tezliklə atəşkəs razılaşmasına ümid etdiyini bildirib.

Doğru.az xəbər verir ki, nazir bu fikirləri Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Qahirə bu sazişin tez bir zamanda bağlanması üçün ciddi səylər göstərir.

“Ümid edirik ki, bu, tezliklə baş verəcək”, – deyə o bildirib. Bu açıqlama TASS agentliyi tərəfindən yayımlanıb.

Qeyd edək ki, iyulun əvvəlində Reuters agentliyi İsrail və HƏMAS arasında danışıqların ilk sessiyasının nəticəsiz başa çatdığını bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki